“Ukrayna ordusunun Kurska irəliləmək cəhdinin qarşısı alınıb”

“Ukrayna ordusunun Kurska irəliləmək cəhdinin qarşısı alınıb”

“Ukrayna Silahlı Qüvvələrinin Kursk istiqamətində irəliləmək cəhdinin qarşısı alınıb”.

Viral.az xəbər verir ki, bu haqda Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Ukrayna ordusunun əsas qüvvələri Berdin yaşayış məntəqəsi yaxınlığında məhv edilib.

Son Yazılar:

“Rus qoşunlarının Kursk istiqamətində irəliləyişini dayandırmaq üçün düşmən Bolşoy Soldatskoye kəndi istiqamətində hücum qrupları ilə əks hücuma keçib. Aviasiya və artilleriya qüvvələrinin dəstəyi ilə Şimal qoşun qrupunun bölmələri Ukrayna Silahlı Qüvvələrini irəliləmək cəhdini dayandırıb”, – məlumatda qeyd olunub.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Ukrayna ordusunun itkiləri 150-dən çox hərbi qulluqçu, 16 zirehli döyüş maşını, 4 tank, 2 piyada döyüş maşını, bir mühəndis sədd maşını olub.

Qeyd edək ki, Ukrayna hərbçiləri ötən gün Kursk vilayətində genişmiqyaslı hücuma keçib.