“Ukraynanın Kursk istiqamətində yenidən qəfil əks-həmləsinin iki məqsədi var. Birinci məqsəd haqqında çox danışılan masada əlin gücləndirilməsidir. Yəni əgər Ağ Evin yeni sahibi Donald Tramp Rusiya ilə Ukraynanı zorla masada oturmağa məcbur edəcəksə, Kiyev Kursk ərazisində yeni həmlə ilə mümkün danışıqlarda əlini gecləndirmək istəyir”.
Viral.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə Görə, Rusiya Ukraynanın şərqində işğal ərazisini genişləndirməyə çalışmaqla eyni məqsədi güdür:
Son Yazılar:
- Böyrəklər niyə sıradan ÇIXIR?
- Bel və boyun ağrılarından qorunmağın YOLLARI
- Bu istiot ağciyər xərçənginin qarşısını ala bilər
“Kiyevin Kursk iqtiqamətində mövqelərinin möhkəmləndirməsinin ikinci məqsədi də var. Ukrayna Prezidenti Volodimir Zelenski yeni əks-hımlə ilə Ağ Evdə yerləşməyə hazırlaşan Donald Trampa təxminən bu səpgili mesaj göndərib: “Ukraynanın ərazi itkisi hesabına masada oturdulması Sizə çətin olacaq. Ukrayna zəif deyil, Rusiya ərazisindəki nəzarət zonasını genişləndirmək imkanımız var, bunu nəzərə almalısınız. Bizə yardımı dayandırsaz belə işğalla barışan deyilik”.