Braziliya HHQ-nin Aviasiya Hadisələrinin Təhqiqatı və Təqdim edilməsi Mərkəzi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramış “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus “Embraer 190” təyyarəsinin “qara qutu”larının açılmasını başa çatdırıb.
Viral.az TASS-a istinadla xəbər verir ki, bu barədə Braziliyanın G1 portalına qurumdakı mənbələr məlumat verib.
“İki qara qutudan məlumatların çıxarılması, toplanması və yoxlanılması başa çatıb”, – onlar bildiriblər.
Son Yazılar:
- Böyrəklər niyə sıradan ÇIXIR?
- Bel və boyun ağrılarından qorunmağın YOLLARI
- Bu istiot ağciyər xərçənginin qarşısını ala bilər
“O Globo” qəzetinin qeyd etdiyi kimi, qurum artıq müvafiq məlumatı Astanaya göndərib.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb.