Yanvarın 7-sı saat 9:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Viral.az-a verilən məlumata görə, yanvarın 7-si saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti arabir yağıntılı keçib, dağlıq ərazilərə qar yağıb.
Düşən yağıntının miqdarı Lənkəranda 6, Astarada 5, Oğuz, Qəbələdə 4, Balakən, Neftçalada 3, Şamaxı, Sabirabad, Zaqatala, Bakı və Abşeron yarımadasında 2, Naxçıvan, Şərur, Ordubad, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəki, İsmayıllı, Qusar, Şabran, Mingəçevir, Yevlax, Göyçay, Kürdəmir, Biləsuvar, Yardımlı, Lerik, Şəmkirdə 1 mm olub.
Son Yazılar:
- Azərbaycan Basketbol Liqasında “Neftçi” qələbə QAZANDI
- Kanada Ukraynaya 305 milyon dollarlıq hərbi yardım GÖNDƏRƏCƏK
- Dərs və iş saatları ilə bağlı mühüm xəbər – DƏYİŞDİRİLİR?
Qar örtüyünün hündürlüyü Qaxda (Sarıbaş) 6, Şahbuz, Qrızda (Quba) 5, Daşkəsən, Altıağac, Xaltan, Qobustanda 1 sm-dir.
Yanvarın 6-da sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 17 m/s-dək güclənib.
Gəncə, Naftalan, Şəmkir, Balakən, Zaqatala, Şəki, Qəbələ, Şamaxı, Qobustan, Qusar, Göyçay, Daşkəsən, Qrız, Lerikdə duman müşahidə olunub, dumanda görünüş 500 metrədək məhdudlaşıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 5, Aran rayonlarında 4 dərəcəyədək isti, Naxçıvan MR-da 8, dağlıq rayonlarda 13 dərəcəyədək şaxta qeydə alınıb.