Çin alimləri gələcək müharibələrin xarakterini dəyişdirə biləcək son dərəcə dəqiq atom saatı yaradıblar.
Viral.az xəbər verir ki, bu barədə “South China Morning Post” (SCMP) məlumat yayıb.
1,5 metr hündürlüyündə və kiçik bir soyuducu ölçüsündə olan NIM-TF3 sezium atom fəvvarə saatı hərbi yük maşınına yüklənə, çətin yollarda və digər sərt şəraitdə uzun müddət daşındıqdan sonra yenə də saniyənin beşdə birindən az bir xəta ilə vaxtı bildirə bilər. Onlar həmçinin peşəkar texniki xidmətə ehtiyac olmadan uzun müddət avtonom şəkildə işləyə bilərlər.
Son Yazılar:
- Seçkilərdə neçə nəfərin namizədliyi qeydə alınıb? – AÇIQLAMA
- “Milad ağaclarını yeməyin” – Qəribə XƏBƏRDARLIQ
- İlham Əliyev İran rəsmilərini qəbul etdi – FOTO
SCMP vurğulayır ki, bu, əvvəllər qeyri-mümkün hesab edilirdi, çünki belə dəqiqliyə yalnız böyük ölçülü və hər hansı xarici təsirlərdən qorunmuş təhlükəsiz laboratoriyada yerləşdirilməli olan atom saatları nail ola bilər.
Yüksək dəqiqlikli zamanlama sistemi radarlara gizli təyyarələri aşkar etmək və izləmək üçün sinxron işləməyə imkan verir. Belə saatlar həmçinin elektron müharibə (EW) üçün siqnalların keyfiyyətini yaxşılaşdırmağa və böyük həcmdə məlumatların ötürülməsini asanlaşdırmağa kömək edir.
NIM-TF3 Çin ordusuna elektron müharibə, yönəldilmiş enerji silahları və pilotsuz texnologiyalar sahəsində Amerika ordusundan əhəmiyyətli üstünlük verə bilər.