Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi Tuqay Rəhimli baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi vəzifəsinə təyin edilib.
Viral.az bu barədə baş prokuror Kamran Əliyev Əmr imzalayıb.
2019-cu ildə prokurorluq orqanlarına qəbul olunan Tuqay Rəhimli əvvəllər Gəncə şəhər və Binəqədi rayon prokurorluqlarında müstəntiq vəzifələrində işləyib.
Son Yazılar:
- Azərbaycanlı zabitin meyiti TAPILDI
- Bu tələbələrin təqaüdləri artırıla bilər – RƏSMİ
- Müdafiədə fərdi səhvlər buraxdıq, bu isə hesabda əksini tapdı
Bundan başqa, London Universitet Kollecində (UCL) magistr təhsili almış Tuqay Rəhimli 2 ildən artıq müddətdə Avropa İnsan Hüquqları Məhkəməsində çalışıb.
***
Digər Əmrə əsasən, Baş Prokurorluğun İstintaq idarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi Teymur Qarayev baş prokuror Kamran Əliyevin xüsusi tapşırıqlar üzrə böyük köməkçisi vəzifəsinə təyin edilib.
013-cü ildən prokurorluqda çalışan Teymur Qarayev əvvəllər Xətai rayon Prokurorluğunun müstəntiqi, Bakı şəhər Prokurorluğunun İstintaq idarəsinin böyük müstəntiqi vəzifələrində işləyib. Həmçinin bir sıra ictimai rezonans doğuran və ağır cinayət hadisələrinin ibtidai istintaqını aparıb.
Fotoda Tuqay Rəhimli
Fotoda Teymur Qarayev