TƏBİB Zaqatalada körpə ölümünün ilkin səbəblərini AÇIQLADI

TƏBİB Zaqatalada körpə ölümünün ilkin səbəblərini AÇIQLADI

Zaqatalada körpə ölümünün ilkin səbəbləri açıqlanıb.

Viral.az xəbər verir ki, bu barədə “Report”a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, Zaqatala rayonunun Gözbarax kənd sakini, 1992-ci il təvəllüdlü şəxs yanvarın 7-si saat 11:10 radələrində 38 həftəlik hamiləlik diaqnozu ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına planlı keysəriyyə əməliyyatı üçün müraciət edib:

Son Yazılar:

“Saat 15:30-da əməliyyat icra edilib, yaşama qabiliyyətinə mane olan çoxsaylı qüsurlar və anomaliyalarla, çəkisi 2800 qram, cinsi qız olan diri körpə (ağır vəziyyətdə) dünyaya gəlib. İki saat sonra göstərilən bütün tibbi müdaxilələrə baxmayaraq, körpədə ölüm faktı qeydə alınıb”.

Vurğulanıb ki, meyit Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir