Belçika hökuməti vətəndaşlara Milad ağaclarını yeməmək barədə xəbərdarlıq edib.
Viral.az xəbər verir ki, bu barədə “La Depeche du Midi” nəşri yazıb.
Bildirilir ki, xəbərdarlıq Belçika Federal Qida Zəncirinin Təhlükəsizliyi Agentliyi (AFSCA) tərəfindən edilib.
Son Yazılar:
- Azərbaycanlı olimpiadaçı 400 minlik təqaüd QAZANDI
- Bakının 6 küçəsində skuter parklanma məntəqəsi təşkil EDİLDİ
- Naxçıvanda hərbi sursat aşkar EDİLDİ
Xəbərdarlıq Flandriya vilayətinin Gent şəhərinin rəsmi saytında ağacların yeyilməsi ilə bağlı müraciətin yer alması ilə əlaqədardır.
Şəhər bələdiyyəsinin saytındakı məqalədə Skandinaviya ənənəsini təsvir edən Şam ağacı iynələrini təmizləmək və qurutmaq, sonra onlardan, məsələn, ətirli yağ hazırlamaqdan bəhs edilir. Bununla bağlı abzas “Milad ağacınızı yeyin!” ifadəsi ilə başlayır. AFSCA çağırışa cavab olaraq Milad ağaclarının həm insanlar, həm də heyvanlar üçün təhlükəli ola biləcəyi barədə xəbərdarlıq edib.