Mirzoyan Hakan Fidanla telefon danışığının təfərrüatlarını AÇIQLADI

Mirzoyan Hakan Fidanla telefon danışığının təfərrüatlarını AÇIQLADI

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan türkiyəli həmkarı Hakan Fidanla telefon danışığının təfərrüatlarını açıqlayıb.

Viral.az-ın “news.am”a istinadən məlumatına görə, o bildirib ki, Yeni il öncəsi baş tutan söhbət zamanı tərəflər bir-birini təbrik edib, eləcə də regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Hər iki ölkə arasında diplomatik normallaşma perspektivlərindən danışan Mirzoyan bu prosesin Azərbaycanla da ikitərəfli münasibətlərin tənzimlənməsinə təsir göstərəcəyinə əminliyini ifadə edib: “Hesab edirəm ki, həm xarici işlər nazirləri, həm də xüsusi nümayəndələr səviyyəsində dialoq davam etdirilməlidir”.

Son Yazılar:

Qeyd edək ki, tərəflərin telefon söhbəti dekabrın 31-də baş tutub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbərləri WhatsApp kanalımızdan oxu