Rusiya prezidenti Vladimir Putin ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp yanvarın 20-də keçiriləcək andiçmə mərasimindən sonra onunla əlaqə saxlamaq niyyətində olsa, bunu alqışlayacaq.
Viral.az-ın məlumatına görə, bunu jurnalistlərə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.
Əgər vəzifəyə gəldikdən sonra Trampın ən yüksək səviyyədə təmasları bərpa etmək üçün siyasi iradəsi davam edərsə, təbii ki, prezident Putin bunu ancaq alqışlayacaq”, – Kremlin sözçüsü bildirib.
Son Yazılar:
- Ukraynanın dövlət borcu ÜDM-nin 92%-nə ÇATDI
- Sosialist Əməyi Qəhrəmanı vəfat ETDİ
- Biləsuvarda ev quşları kütləvi şəkildə tələf OLDU
Peskov xatırladıb ki, Rusiya prezidenti dəfələrlə dialoqa hazır olduğunu və bu dialoqun zəruriliyindən danışıb.
Qeyd edək ki, daha əvvəl Tramp Putinlə danışıqlar aparmaq istədiyini bildirib və bunun rəsmi olaraq vəzifəyə başladıqdan sonra ilk 6 ay ərzində baş verə biləcəyini təklif edib. Peskovun sözlərinə görə, indiyədək Amerika tərəfdən belə bir əlaqə üçün müraciət olmayıb.