Ukraynadakı müharibə bu il aprelin sonunadək başa çata bilər.
Viral.az xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi “Radio 4″ə müsahibəsində deyib.
Onun fikrincə, sülh ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın hakimiyyətinin ilk vaxtlarında əldə edilə bilər.
Son Yazılar:
- Kişi və qadın beyinləri fərqli imiş
- Bir çox ölkələr çörək əvəzinə bunu YEYİRLƏR
- Orqanizminiz laktoz qəbul ETMİR?
Nazir həmçinin Rusiyanın danışıqlara hazır olmadığını diqqətə çatdırıb.
Qeyd edək ki, daha əvvəl Böyük Britaniyanın “Sky News” televiziya kanalı öz mənbələrinə istinadən savaşın aprelin 20-nə qədər bitə biləcəyini bildirmişdi.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə 2022-ci il fevralın 24-də başlayıb. Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl müharibənin 2025-ci ildə bitəcəyinə ümid etdiyini demişdi.