“3 mindən aşağı versələr, buldozerlə də evdən çıxmayacağam…”

“3 mindən aşağı versələr, buldozerlə də evdən çıxmayacağam...”

Gələn aydan yeni avtomobil yolunun çəkilməsi ilə əlaqədar “Keşlə bazarı” kimi tanınan ticarət mərkəzində söküntü işlərinə başlanılacağı barədə xəbər vermişdik. Yaxın vaxtlarda bazarla yanaşı ətrafdakı evlərin də söküləcəyi ilə bağlı məlumat yayılıb.

Viral.az xəbər verir ki, bu barədə Baku TV-yə həmin ərazidə yaşayan sakinlər məlumat veriblər.

Onların sözlərinə görə, artıq bu istiqamətdə bəzi tədbirlərin görülməsinə başlanılıb. Sakinlər 18 evin plana düşdüyünü, ölçü işlərinin aparıldığını bildiriblər: “Kompensasiya 5 mindən, lap aşağısı 3 mindən az veriləcəksə, evdən çıxa bilməyəcəyəm. Buldozer də gətirsələr, çıxmayacağam. Çünki bura Nərimanovdur. O qiymətə Nərimanovun heç bir yerindən ev ala bilmərəm”.

Son Yazılar:

Qeyd edək ki, söküntü işləri Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq metronun “Koroğlu” stansiyasına qədər yeni avtomobil yolunun tikintisi ilə əlaqədar aparılır.

“Keşlə bazarı”nın Dərnəgül qəsəbəsində yerləşən “Eurohome” ticarət mərkəzinə köçürüləcəyi bildirilib.

Daha ətrafı süjetdə:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbərləri WhatsApp kanalımızdan oxu