Əhmədian İrəvanda Paşinyana nələr DEDİ…

Əhmədian İrəvanda Paşinyana nələr DEDİ...

Rəsmi təmaslar çərçivəsində İrəvana gedən İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian ötən gün Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.

Viral.az xəbər verir ki, İran KİV-ləri Əhmədianın İrəvan görüşləri barədə məlumat yayıb.

Əhmədian iki ölkə arasında tarixi münasibətlərin, sosial və toplumsal əlaqələrin dərinliyinə toxunaraq, İranın sənaye, kənd təsərrüfatı, nanotexnologiya və biotexnologiya sahələrində elmi və texnoloji təcrübələrini Ermənistana ötürməyə hazır olduğunu vurğulayıb.

Son Yazılar:

Əhmədian sülh və sabitliyin yalnız region ölkələrinin əməkdaşlığı və dəstəyi ilə mümkün olduğunu vurğulayıb. O, iki ölkə arasında hərtərəfli siyasi, iqtisadi və müdafiə əlaqələrinin səviyyəsinin artırılmasının vacibliyini qeyd edib. Əhmədian əlavə edib ki, regiondankənar və xarici qüvvələrin mövcudluğu bölgədə siyasi və təhlükəsizlik bərabərliyini yalnız çətinləşdirəcək və problemlərin həllinə kömək etməyəcək.

Görüş zamanı Ermənistanın baş naziri N.Paşinyan Şimal-Cənub dəhlizində daha çox iştirak və əməkdaşlığı təmin etmək və bu potensialdan istifadə etmək arzusunda olduğunu bildirib.

Paşinyan onu da deyib ki, iki ölkə arasında ticarət həcmi 3 milyard dollara çatmalıdır. 

Tərəflər həmçinin neft emalı zavodlarının tikintisi kimi yeni sahələrdə əməkdaşlığın vacibliyini qeyd ediblər.

Əhmədian Ermənistanın milli təhlükəsizlik katibi Armen Qriqoryanla da görüşüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbərləri WhatsApp kanalımızdan oxu