Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamları ilə uzun illər maliyyə naziri vəzifəsində çalışmış Samir Şərifov vəzifəsindən azad edilərək Baş nazirin müavini təyin edilib.
Viral.az-ın manset.az-a istinadən məlumatına görə, yeni təyinatı ilə bağlı açıqlama verən Samir Şərifov Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
“Cənab Prezident mənə böyük etimad göstərib. Çalışacağam ki, bu etimadı doğruldum. Hələ ki müavin olaraq hansı sahəyə rəhbərlik edəcəyimi deyə bilmərəm. O məsələlərə Baş nazir baxacaq, cənab Prezidentlə razılaşdırılacaq. İnşallah, növbəti həftə bəlli olacaq”, – S. Şərifov əlavə edib.
Son Yazılar:
- Ağstafada toydan 2 yaşlı uşağı qaçıran şəxs SAXLANILDI
- Ukrayna Rusiya ilə atəşkəsin Pasxadan sonra da davam etdirilməsini istəyir
- Bakıda zəncirvari yol qəzası baş verdi, xəsarət alanlar var
Qeyd edək ki, Samir Şərifov 19 il maliyyə naziri vəzifəsində çalışıb.