Ağstafa rayonunun Dağ Kəsəmən kəndində 61 yaşlı Fatma Musayevanın qətli ilə bağlı bəzi təfərrüatlar məlum olub.
Viral.az-ın məlumatına görə, mərhumun həyat yoldaşı Elman Musayev “Qafqazinfo”ya bildirib ki, hadisəni törətməkdə şübhəli bilinən Zülfiyyə Musayeva əvvəllər onun ailəsinə pul borclu olub:
“Zülfiyyə iyun ayında mənə dedi k, min manat pul lazımdır. Hiss elədim ki, daha öncə yoldaşıma deyib, o razılaşmayıb. Bizə dedi oktyabr ayında pulu verəcəyəm. Oktyabr qurtardı, dedik noyabrı gözləyək. Yoldaşıma dedim pulu versin. Yenə iki ay çəkdi. Axırıncı dəfə dedim de ki, pulu qaytarsın. Təxminən 20 gün-bir ay olar pulu verib. Əvvəllər aralarında heç bir problem olmayıb. Qohumuq, əmimoğlunun yoldaşıdır”
Son Yazılar:
- Ukrayna Rusiya qazının tranzitini bərpa etməyi planlaşdırmır
- Bakıda işsonu AĞIR TIXAC
- İsrailə hücumlar husilərə baha başa gələcək – Netanyahu
Qeyd edək ki, hadisə zamanı Zülfiyyə Musayeva Fatma Musayevaya boğaz nahiyəsinə kəsici alətlə zərbə vuraraq sonuncunu qətlə yetirdiyi bildirilir.
09:00
***
Ağstafada qətl törədən qadın saxlanılıb.
Viral.az Report-a istinadla xəbər verir ki, yanvarın 9-da gecə saatlarında Ağstafa rayonu Dağkəsəmən kəndində yaşadığı evdə 61 yaşlı Fatma Musayeva kəsici alətlə qətlə yetirilib.
Cinayəti törətməkdə şübhəli bilinən, onun qohumu 49 yaşlı Zülfiyə Musayevanı polis əməkdaşları saxlayaraq istintaqa təhvil verib.
Faktla bağlı araşdırma aparılır.