Türkiyənin “Anadolu” xəbər agentliyinin ştatdankənar operatoru Səid Əbu Nabhan Qəzza zolağında aldığı güllə yarasından ölüb.
Viral.az xəbər verir ki, hadisə fələstinli qaçqınlar üçün yaradılmış Əsgər Əl-Cədid düşərgəsinin ərazisində baş verib.
Əbu Nabhan evin yanındakı düşərgədə yaralının xərəkdə aparıldığı yerdə çəkiliş edirmiş.
Son Yazılar:
- Balakəndə məktəbli qız canına qəsd etdi
- İran səfiri Fransa XİN-ə ÇAĞIRILDI
- Britaniyanın Baş naziri sülhməramlıların yerləşdirilməsinin müzakirəsi üçün Ukraynaya gedəcək
Agentlik bildirib ki, İsrail hərbçiləri çoxlu jurnalistin olduğu düşərgəni mühasirəyə alıblar.
“Anadolu”nun yaydığı kadrlarda operatorun digər insanlarla birlikdə düşərgənin küçələrindən biri ilə qaçdığı, sonra isə qəfil hərəkətsiz yerə yıxıldığı görünür. Qaçanlardan biri onu ayağa qaldırmağa çalışsa da, sonra xəsarət almaqdan qorxaraq hadisə yerindən uzaqlaşıb.