Ermənistan Minsk Qrupunun buraxılması tələbi ilə ATƏT-ə müraciət etmək imkanını nəzərdən keçirir.
Viral.az xəbər verir ki, bu barədə Ermənistanın baş nazirinin mətbuat katibi Nazeli Bağdasaryan “Facebook”da məlumat verib.
Qeyd edək ki, bir neçə gün əvvəl Ermənistan Baş naziri Nikol Paşinyan da Minsk Qrupunun buraxıla biləcəyini bəyan edib.
Son Yazılar:
- Ölkə birincisi olduğumu biləndə, şok yaşadım
- Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Bakıda səfərdədir
- Miqren irsi meyilliliyi olan xəstəlikdir
Xatırladaq ki, Rəsmi Bakı ATƏT-in Minsk Qrupunun de-yure mövcudluğunun sülhə maneə yaratdığını bildirib. Prezident İlham Əliyev ötən ilin sonlarında Rusiya mətbuatına müsahibəsində deyib ki, ATƏT-in Minsk qrupu artıq çoxdandır fəaliyyətsizdir.
“Amma formal olaraq mövcuddur və bizim məsələmiz ondan ibarətdir ki, əgər Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi olaraq tanıyıbsa, Minsk qrupu isə Qarabağ məsələsinin həlli üçün yaradılıbsa, onda o nəyə lazımdır?”, – dövlət başçısı bildirib.