Binəqədi və Nəsimi rayonları ərazisində yerləşən 2 obyektdə naməlum şəxsin alış-veriş edən zaman kassaya saxta pul əskinasları verməsi barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Viral.az-a verilən məlumata görə, keçirilən tədbirlərlə qeyd edilən əməli törətməkdə şübhəli bilinən, əvvəllər dələduzluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş A.Nuriyev müəyyən olunaraq saxlanılıb.
Ondan psixotrop maddə olan metamfetamin də aşkarlanaraq götürülüb.
Son Yazılar:
- Ölkə birincisi olduğumu biləndə, şok yaşadım
- Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Bakıda səfərdədir
- Miqren irsi meyilliliyi olan xəstəlikdir
Araşdırmalar aparılır.