Almaniyanın “Bavariya” klubunun təcrübəli qapıçısı Manuel Noyer müqaviləsinin müddətini artırmağa hazırlaşır.
Viral.az-ın məlumatına görə, 38 yaşlı qolkiper bu barədə “Sport 1” kanalına açıqlama verib. O, gələcək illərdə də Münhen təmsilçisinin heyətində çıxış etmək istədiyini bildirib.
Qeyd edək ki, Noyerin hazırkı müqaviləsi bu ilin iyun ayında başa çatır.