3 gün əvvəl Qəbələ rayonundakı Nohur gölündə meyiti tapılan 40 yaşlı İlham Qəribli tanınmış şəxsin oğlu imiş.
Viral.az xəbər verir ki, bədbəxt hadisə nəticəsində dünyasını dəyişən şəxs AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor İslam Qəriblinin oğludur.
Bildirilir ki, İlham Qəriblinin meyiti üzərində hər hansı zorakılıq əlaməti aşkar edilməyib. Onun ilin soyuq aylarında su hövzələrində üzməyi sevdiyi bildirilib və Nohur gölündə üzərkən boğularaq ölməsi ehtimal edilir.
Son Yazılar:
- Sahibə Qafarova MDB PA-da Azərbaycanın faşizm üzərindəki qələbədə rolundan danışdı
- Azad olunmuş ərazilərə xərclənən vəsaitin həcmi AÇIQLANDI
- Məhkəmə üç tiktokerlə bağlı qərar VERDİ
Hadisənin konkret səbəbi hələlik məlum deyil. İ.Qəriblinin itkin düşməsi xəbəri yayıldıqdan sonra gölün kənarından onun şəxsi əşyaları tapılmışdı.
Qeyd edək ki, İ.Qəriblinin nəşi FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən yanvarın 24-də sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib (Qafqazinfo).
Fotoda: İslam Qəribli