Rusiyada üzü gizlədən paltarların geyinilməsini qadağan edən qanun layihəsi Dövlət Dumasına təqdim edilib.
Viral.az xəbər verir ki, bu barədə aşağı palatanın deputatı Mixail Matveyev “Telegram”da məlumat verib.
Sənədin hazırlanması müsəlman qadınların yalnız gözlərini açıq qoyan ənənəvi baş geyimi olan niqab taxmağın qanunla qadağan edilməsi narazılıqlarla müşayiət olunub.
Son Yazılar:
- Ərə getmək istəyən qadın falçıya yazdı, 22 mini getdi: “Mənimlə evlənəcəksən”
- ABŞ sürətlə müflisləşir – İlon Mask
- Türkiyədə uçuşlarda fasilələr YARANDI
Qanun layihəsi İnzibati Xətalar Məcəlləsinə 10 ilə 15 min rubl arasında (200-300 manat- S.İ) cərimə nəzərdə tutan maddənin daxil edilməsini nəzərdə tutur. Təkrar pozuntuya görə cərimə 15 ilə 30 min rubl (300-600 manat – S.İ) arasında olacaq.
Matveyevin vəd etdiyi kimi, qanun layihəsində müsəlmanlar və ya dini komponent haqqında bir dənə də olsun qeyd yoxdur.
İzahnamədə qeyd olunur ki, qanunun müəllifləri ictimai təhlükəsizlik məsələsini rəhbər tutublar.
Rusiyada niqab qadağası ilə bağlı müzakirə Prezident yanında İnsan Hüquqları Şurasının rəhbəri Valeri Fadeyevin təşəbbüsü ilə baş tutub.
O, bunu ekstremizmin yayılma riskləri ilə izah edib.
Bu ideya İslam ruhanilərinin narazılığına səbəb olsa da, qanunu qəbul ediləcəyi gözlənilir.
(redaktor.az)