Bu gün saat 15:30 radələrində Hacıqabul-Pirsaat istiqamətində hərəkətdə olan qatarın qarşısına yeniyetmə oğlan çıxıb.
Viral.az xəbər verir ki, Azərbaycan Dəmir Yollar bu haqda məlumat yayıb.
Maşinist tərəfindən təcili tormozlama aparılsa da, məsafə az olduğundan hadisə qaçılmaz olub və həmin şəxs aldığı xəsarətdən vəfat edib.
Son Yazılar:
- ABŞ Yaxın Şərqə 70-dən çox “Patriot” göndərdi
- İlham Əliyev ailə üzvləri ilə birlikdə Antalyada
- “Traktor” səfərdə xal itirdi
Hadisə aidiyyəti üzrə araşdırılır.
Azərbaycan Dəmir Yolları piyadalara bir daha xəbərdarlıq edir ki, dəmiryol xəttini yalnız təyin olunmuş yerlərdən keçsinlər, sağa və sola baxaraq qatarın gəlmədiyinə əmin olduqdan sonra hərəkətə davam etsinlər.