Avtomobil təmiri sexi və təmirə gəlmiş avtomobil yanıb.
Viral.az xəbər verir ki, hadisə ötən gecə saatlarında Qəbələ şəhəri, E.Kərimov küçəsində 1961-ci il təvəllüdlü Hacıyev Rauf Balabəy oğluna məxsus avtomobil təmiri sexlərində baş verib.
Son Yazılar:
- Bu peşə beyin üçün ən təhlükəlisidir
- Putin Trampın xüsusi nümayəndəsi ilə görüşdü, görüş 4 saatdan çox ÇƏKDİ
- ABŞ İranla danışıqlarda güzəştlərə hazır olduğunu BİLDİRDİ
Yanğın yerinə Qəbələ rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikaları və şəxsi heyyəti cəlb olunub.
Yanğın zamanı ümumi sahəsi 574 k/m və 15 avtomobil təmiri sexindən ibarət olan ərazinin, 140 k/m hissəsi, 5 ədəd təmir sexi və həmin sexlərin birində olan təmir üçün gəlmiş bir ədəd minik avtomobili yanıb . Avtomobil təmiri sexinin qalan hissəsi yanğından müfafizə olunub.