Bakı-Astara dəmir yolu istiqamətində xüsusi plan üzə 2025-ci ildən layihələndirmə və tikinti işlərinin başlanması hədəflənir.
Viral.az xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov jurnalistlərə açıqlamasında deyib.
Son Yazılar:
- ABŞ səfirliyi yaxınlığındakı şübhəli obyekt mulyaj bomba olub
- Əhaliyə vacib XƏBƏRDARLIQ – Dünən gecədən başlayıb, 1 həftə davam edəcək
- 2024-cü ildə rekord sayda humanitar işçi ölümü qeydə alınıb
O vurğulayıb ki, dəmir yolu infrastrukturunun müasirləşdirilməsi xüsusi proqram üzə həyata keçirilir.
R. Rüstəmovun sözlərinə görə, hazırda Bakı-Yalama istiqamətində yollar yenidən qurulur: “Növbəti ilin birinci yarım ilində bu istiqamətdə işlərin sona çatdırılması planlaşdırılır”.
Xatırladaq ki, Prezident İlham Əliyevin təsdiq etdiyi Azərbaycan ərazisindən keçən beynəlxalq dəhlizlərlə bağlı Fəaliyyət Planına əsasən, 2024-2026-cı illərdə Ələt−Osmanlı−Astara dəmir yolunun yenidən qurulması planlaşdırılıb. Həmçinin, bununla bağlı 2026-ci ildə Biləcəri stansiyasının çeşidləmə parkında 3-cü dəstənin dartı yollarının və yoldəyişənlərin əsaslı təmiri nəzərdə tutulub.
Bakıdan Yalamaya qədər olan dəmir yolunun yenidən qurulması Asiya İnkişaf Bankının krediti hesabına maliyyələşdirilir. Xatırladaq ki, ADB dəmir yolu sısteminin inkişafı proqramının reallaşdırılması üçün Azərbaycana 400 milyon ABŞ dolları məbləğində kredit ayırıb.
Bakı-Yalama dəmir yolu Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin bir hissəsidir. Bu dəhlizlə böyük həcmdə yüklərin daşınması gözləntilərini nəzərə alaraq, Azərbaycan hökuməti Bakı-Yalama və Bakı-Astara (İran sərhədi) dəmir yollarının yenidən qurulmasını həyata keçirməyi qərara alıb.