Ukraynada 5G sınaqlarına start verilib

Ukraynada 5G sınaqlarına başlanılıb.

 

Son Yazılar:

Viral.az xəbər verir ki, bu barədə ölkənin Rəqəmsal İnkişaf Nazirliyindən bildirilib.

 

Nazirin sözlərinə görə, 5G Ukraynada ilk dəfə sınaq rejimində işə salınıb. İvano-Frankovskdakı “Prompribor” innovasiya mərkəzi, Kiyevdəki “Vodafone” ofisi və Helsinkidəki “Nokia” ofisi 5G-dən istifadə etməklə zəng edərək əlaqənin keyfiyyətini yoxlayıb.

 

“Hər şey işləyir”, – deyə o qeyd edib və əlavə edib ki, genişmiqyaslı müharibəyə baxmayaraq, innovasiyaları inkişaf etdirməli və dünya ilə ayaqlaşmalıdırlar.