Ermənistanın parlament binası yaxınlığında müxalifət nümayişçiləri ilə toqquşma zamanı 17 polis əməkdaşı yaralanıb.
Viral.az TASS-a istinadla xəbər verir ki, bu barədə İrəvan polis idarəsinin rəisi, general-mayor Sevan Köçəryan bildirib.
“17 polis əməkdaşı da yaralanıb”, – o deyib.
Son Yazılar:
- Azərbaycanda ZƏLZƏLƏ OLDU
- Müğənninin tələbə olan yeganə qızı gecə klubunda öldü
- Baş nazir bu qərarı ləğv ETDİ
Agentlik qeyd edib ki, toqquşmalarda yaralanan ümumilikdə 79 nəfərin İrəvan xəstəxanalarına müraciət etdiyi məlum olub.
Bundan əvvəl Ermənistan parlamentinin binasında müxalifətlə hazırkı hakimiyyətin nümayəndələri arasında dava düşüb.
Qeyd olunur ki, buna səbəb Ermənistanın Baş naziri Nikol Paşinyanın Qarabağda 44 günlük müharibə zamanı döyüş meydanını tərk edən “qorxaq fərari generallar” haqda deməsi olub.
(redaktor.az)