İspaniyanın “Real” klubu Çempionlar Liqasının qalibi kimi UEFA-dan ən böyük pul mükafatı alan klub olub.
Viral.az xəbər verir ki, bu barədə AP nəşri məlumat yayıb.
Madrid təmsilçisinə ötən mövsüm ÇL-in qalibi olduğu üçün 138,8 milyon avro ödənilib. “Real” bu məbləğdən 14 milyon avronu televiziya hüquqlarının satışından əldə edib.
Son Yazılar:
- “Talassemiya işi” ilə bağlı sabiq direktor və baş həkim məhkəməyə çağırılacaq
- Sumqayıtda qadını fotoları ilə şantaj edən şəxs TUTULDU
- Konstitusiya Məhkəməsinin hakimi yola SALINIR
Yarımfinalçılar PSJ, “Borussiya” (Dortmund), “Bavariya”, həmçinin 1/4 finala qədər irəliləyən “Mançester Sİti” isə 100 milyon avrodan çox qazanıb.
Yarımfinalda uduzan PSJ 122,4 milyon avro əldə edib ki, bu da ÇL üçün UEFA-nın verdiyi 2-ci ən böyük pul mükafatıdır. “Borussiya” (Dortmund) (120,7 milyon avro) bu göstəricidə “Bavariya”nı (120,4 milyon avro) qabaqlayaraq üçüncü yerdə qərarlaşıb.
“Atalanta” isə ötən mövsüm Avropa Liqasının qalibi olduğu üçün təqribən 34 milyon avro qazanıb.