F-16 qırıcı-bombardmançı təyyarələri Ukraynaya çatdırılmaq üçün hazırlanır.
Viral.az xəbər verir ki, bu barədə Avropadakı Müttəfiq Qüvvələrin Ali Baş Komandanı, amerikalı general Kristofer Kavoli məlumat verib.
“Orada bir neçə F-16 var. Orada bir neçə təlim keçmiş pilot var. Göndərilməyə hazır olan daha çox F-16 var. Təlim keçən daha çox pilot var, mən sizə dinləmənin qapalı hissəsində onların sayını da deyə bilərəm. Onlar işləyirlər. Təyyarələr isə xidmətdədir və hər gün uçurlar”, – o bildirib.
Son Yazılar:
- Məktəbli qıza qarşı cinsi zorakılıq edən şəxslər həbs edildi
- Erməni hərbçi minaya DÜŞDÜ
- “Ölkə başçısı nə məsləhət görəcəksə, hazıram”
General həmçinin Ukraynadakı F-16-ların heç birinin ABŞ-dan olmadığını, onların əsasən Hollandiya, Danimarka kimi Şimali Avropa ölkələrindən göndərildiyini deyib.