İsveç millisinin və Portuqaliyanın “Sportinq” klubunun hücumçusu Viktor Dyekereşi transfer etmək istəyən daha bir klub bəlli olub.
Viral.az xəbər verir ki, 26 yaşlı forvard İngiltərənin “Arsenal” kollektivinin maraq dairəsinə düşüb.
“Topçular” yeni idman direktoru Andrea Bertanın sayəsində sözügedən keçidi reallaşdırmağı düşünürlər. Londonlular futbolçu və onun menecerləri ilə mümkün müqavilənin şərtlərini müzakirə etmək üçün “Sportinq”dən icazə alıblar.
Son Yazılar:
- Azərbaycan neftinin qiyməti 68 dollardan aşağı endi
- Bakıda güclü külək əsir – FAKTİKİ HAVA
- Ərini baltalayan üç uşaq anası azadlığa BURAXILDI
Oyunçunun dəyəri 70 milyon avro civarında qiymətləndirilir.
Qeyd edək ki, daha əvvəldən İngiltərə və İspaniyanın nəhəng klubları Dyekereşi transfer siyahısına əlavə ediblər.