İran Prezidenti Məsud Pezeşkian lüks səyahətə getdiyi üçün köməkçisi Şəhram Dəbirinin vəzifəsinə xitam verib.
Viral.az xəbər verir ki, bu haqda “Mehr” agentliyi məlumat yayıb.
Pezeşkian vurğulayıb ki, köməkçisi Novruz bayramında Cənub Qütbünə (Antarktidaya) lüks səfər edib. İran Prezidenti izah edib ki, Dəbirinin səfəri ilə bağlı hesabatı nəzərdən keçirdikdən sonra onun vəzifəsini dayandırmaq qərarına gəlib.
Son Yazılar:
- Vilayət Eyvazov qəbul keçirdi – VİDEO
- Yoxlamaya gələnlər faizlərini alıb gedirdi
- qadınları şantaj edib videoya çəkdi – TƏFƏRRÜAT
O, həmçinin bildirib ki, insanların iqtisadi mübarizəsini nəzərə alaraq, ölkə rəsmilərinin şəxsi səyahətləri üçün belə məsrəflər əsaslandırıla bilməz.:
“Xalqın böyük qisminin kasıblar olduğu bir ölkədə rəsmi şəxslərin öz vəsaitləri hesabına olsa belə, lüks səyahətlərə getməsi ədalətli sayıla bilməz. Bu, rəsmilərin minimalist həyat tərzi ilə uyğunlaşmır”.