Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivində gecə saatlarında tikinti işləri aparılması ilə bağlı məlumat yayılıb.
Viral.az xəbər verir ki, bu barədə jurnalist Natiq Muxtarlı sosial şəbəkə hesabında paylaşım edib.
Onun sözlərinə görə, məlumat lövhəsi olmadığı üçün inşaat işini hansı şirkətin apardığı məlum deyil:
Son Yazılar:
- Müdirlərinin və tərbiyəçi müəllimlərinin yerdəyişməsinə start VERİLDİ
- 2 bal və 60 manat cərimə
- Bakıda qadın qətlə yetirildi – ƏRİ SAXLANILDI
“Axşam saat 8-də iş başlayır, səhər saat 6-da bitir (bu kadrlar səhərə yaxın, saat 05:00-da çəkilib). Ətrafdakı binaların sakinləri əsl kabus yaşayırlar. Demək olar ki, səs-küydən səhərə qədər yatmırlar”.
Qeyd olunub ki, rəsmi qurumlara müraciətlər də cavabsız qalıb.
Məsələ ilə barədə Suraxanı Rayon İcra Hakimiyyətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, tikinti ilə bağlı araşdırma başlanıb:
“Sözügedən məsələ ilə bağlı Rayon İcra Hakimiyyəti tərəfindən araşdırma başlanıb. Müəyyən olunub ki, qazıntı işləri İ.B.N İnşaat MTK tərəfindən aparılır. Qazıntı işlərinin dayandırılması MTK sahibinə tövsiyə olunub”.