Türkiyədə İYİ Partiyanın sabiq sədri Meral Akşener partiyaya müraciət ünvanlayıb.
Viral.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müraciətdə onun portretlərinin İYİ Partiyanın qərargahında və yerli təşkilatlarının ofislərindəki kabinetlərdən yığışdırılması tələbi yer alıb.
Son Yazılar:
- Azərbaycanda ZƏLZƏLƏ OLDU
- Müğənninin tələbə olan yeganə qızı gecə klubunda öldü
- Baş nazir bu qərarı ləğv ETDİ
Jurnalist Aytunç Erkinin paylaşımına görə, bun səbəb İYİ Partiyanın Çanakkaleni təmsil edən deputatı Rıdvan Uz tərəfindən Akşenerin Prezident Rəcəb Tayyib Ərdoğanla detalları ictimaiyyətə açıqlanmayan görüşünə etiraz olaraq belə bir təklif irəli sürməsi olub.
Uzun təklifindən sonra Akşener özü portretlərinin yığışdırılması ilə bağlı partiyaya müraciət edib. Müraciətdə Akşenerin özünü İYİ Partiyanın sabiq sədri kimi yox, keçmiş daxili işlər naziri kimi təqdim etməsi diqqət çəkib.
Digər məlumata görə, İYİ Partiyanın hazırkı sədri Müsavat Dervişoğlu Rıdvan Uzdan Disiplin Komissiyasına şikayət edib və onun partiyadan xaric olunmasını tələb edib.
Qeyd edək ki, Akşener-Ərdoğan görüşündən sonra müxalifətdən və İYİ Partiyanın daxilindən siyasətçiyə qarşı kəskin tənqidlər davam edir, ondan görüşün detallarını açıqlamaq tələb olunur.
Bu xəbər ilə bağlı
Akşenerlə bağlı İDDİALAR: Vitse-prezident olacaq, oğlu Parisə səfir gedir…