ATƏT Rusiyanın Krıvoy Roqa raket zərbəsi endirməsi ilə əlaqədar növbədənkənar iclas keçirəcək.
Viral.az xəbər verir ki, bunu Ukraynanın ATƏT və Vyanadakı digər beynəlxalq təşkilatlardakı nümayəndəsi Yuri Vitrenko bildirib.
“Rusiyanın Krıvoy Roqda uşaqlara və böyüklərə qarşı qanlı raket hücumuna, eləcə də bütün Ukraynada mülki şəxslərə qarşı terrorun şiddətlənməsinə cavab olaraq Ukraynanın tələbi ilə sabah (8 aprel) ATƏT-də Daimi Şuranın fövqəladə xüsusi sessiyası çağırılır”, – o, sosial şəbəkədə yazıb.
Son Yazılar:
- “Mançester Siti”dən Yamal üçün 275 milyonluq təklif
- Husilər Təl-Əviv yaxınlığındakı iki hərbi obyektə zərbələr endirdi
- İlham Əliyevin nəvələri Ərdoğanla – FOTO
Xatırladaq ki, aprelin 4-də Rusiya hərbçilərinin Ukraynanın Krıvoy Roq şəhərini ballistik raketlərlə atəşə tutması nəticəsində 20 nəfər, o cümlədən 9 uşaq ölüb, 70-dən çox insan yaralanıb.