Bakıda iki qardaş arasında yaranan mübahisə qanlı insidentlə nəticələnib.
Viral.az bakupost.az-a istinadən xəbər verir ki, hadisə Qaradağ rayonu, Qızıldaş qəsəbəsində baş verib.
İlkin məlumata görə, 2002-ci il təvəllüdlü Fərid Elman oğlu Mustafayevlə qardaşı, 2009-cu il təvəllüdlü Elnur Elman oğlu Mustafayev arasında mübahisə düşüb. Münaqişə nəticəsində hər iki şəxs bir-birini bıçaqlayıb.
Son Yazılar:
- İnsan ölümləri daha çox bu fəsildə baş VERİR
- Bu meyvə yalnız günün müəyyən saatlarında yeyilməlidir
- Ağstafada toydan 2 yaşlı uşağı qaçıran şəxs SAXLANILDI
Yaralılar təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb və dərhal cərrahi əməliyyata alınıblar. Onların vəziyyətlərinin ağır olduğu bildirilir.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.