-->

“Zirə” “Neftçi”ni məğlub ETDİ

“Zirə” “Neftçi”ni məğlub ETDİ

Misli Premyer Liqasının XXX turunun son matçında “Zirə” səfərdə “Neftçi”ni məğlub edib.

Viral.az xəbər verir ki, “Neftçi Arena”da keçirilən görüş qonaqların 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.

“Neftçi”dən qolları Filip Ozobiç (9), Edvin Kuç (23) vurub. “Zirə”nin heyətində isə Rafael Utziq (43-p., 75-p.), Davit Volkov (61) və Ceyhun Nuriyev (77) fərqlənib.

Son Yazılar:

Bu nəticədən sonra “Zirə” 58 xalla turnir cədvəlinin ikinci pilləsində yer alıb. Altıncı olan “Neftçi”nin isə 35 xalı var.

Qeyd edək ki, turun daha əvvəl keçirilən görüşlərində “Qarabağ” “Səbail”i (4:1), “Turan Tovuz” “Sabah”ı (2:1), “Şamaxı” “Sumqayıt”ı (2:1) məğlub edib. “Kəpəz” – “Araz-Naxçıvan” görüşü isə qolsuz bərabərliklə yekunlaşıb.