İranla istənilən razılaşma yalnız Tehranın nüvə zənginləşdirmə və silah proqramını dayandırması və ləğv etməsi halında mümkün olacaq.
Viral.az xəbər verir ki, bu barədə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff bildirib.
O qeyd edib ki, İranla əldə ediləcək potensial razılaşma Prezident Donald Trampın siyasətlərinə uyğun şəkildə qurulmalıdır. Uitkoff Tehranın nüvə proqramının aradan qaldırılmasının vacibliyini vurğulayıb.
Son Yazılar:
- Ukraynada mülki şəxslərə hərbi təlim KEÇİRİLƏCƏK
- Mingəçevir şəhəri fasiləsiz, keyfiyyətli içməli su ilə təmin olunur
- Qubada yeddi kəndin rayon mərkəzi ilə əlaqəsi kəsildi
“İranla saziş yalnız Trampın razılaşması olduqda tamamlanacaq. İstənilən yekun razılaşma Yaxın Şərqdə sülh, sabitlik və rifah üçün çərçivə yaratmalıdır. Bu o deməkdir ki, İran nüvə zənginləşdirmə və silahlaşdırma proqramını dayandırmalı və ləğv etməlidir. Dünya üçün ədalətli bir razılaşma yaratmaq vacibdir. Trampın məndən istədiyi budur”, – Uitkoff bildirib.