Sakinlərin kütləvi müraciəti nəzərə alınaraq 8-ci kilometr topdansatış bazarının ətrafında neqativ halların aradan qaldırılması məqsədilə polis əməkdaşları tərəfindən yolun hərəkət hissəsində qanunsuz küçə ticarəti yığışdırılıb.
Viral.az APA-ya istinadən xəbər verir ki, küçə ticarəti ilə məşğul olan şəxslərə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq qanunsuz fəaliyyət göstəriblər.
Tədbirlərlə ərazidə olan antisanitar vəziyyət aradan qaldırılıb, yolun zəbt olunan hissələri — hərəkətə mane olan hallar aradan qaldırılıb.
Son Yazılar:
- Mingəçevir şəhəri fasiləsiz, keyfiyyətli içməli su ilə təmin olunur
- Qubada yeddi kəndin rayon mərkəzi ilə əlaqəsi kəsildi
- Prezident pravoslav xristian icmasını təbrik ETDİ
Qeyd edək ki, paytaxtın Nizami rayonunda yolun piyada və nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulan hissəsində qanunsuz küçə ticarəti ilə məşğul olan şəxslərə qarşı profilaktik tədbirlər görülür.