Şəhid ailələrinin ev növbəsi pozulur?

“Kiminsə növbəsini pozaraq ev verilməsi halları baş verə bilməz. Kiməsə deyə bilmərik ki, sənin sıranı pozuruq, başqasına verəcəyik. Şəhid ailələrinin hər biri bizim üçün əzizdir”.

 

Viral.az xəbər verir ki, bu barədə Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib. 

Son Yazılar:

 

“Qanunvericiliyin müəyyən etdiyi qaydada növbəli şəkildə hamısına mənzil verilir. Növbəlilik siyahısı ilə bağlı hər hansı şəxsdə sual yaranmaması üçün e-sosial portalında və nazirliyin müvafiq səhifələrində siyahı yerləşdirilib”, – nazir qeyd edib.

 

O vurğulayıb ki, sosial əhatəlilik dairəsinin genişləndirilməsi üçün tədbirlər görülür. 

 

“Qanunvericilikdə məhdudiyyət varsa, o məhdudiyyətə rəğmən pul verilə bilməz. Qanunda olan məhdudiyyətlər də zamanında əsaslandırılıb. Qanuna dəyişiklik təklifi varsa, baxa bilərik. Bu gün 300 mindən çox vətəndaşımıza ünvanlı sosial yardım verilir”, -deyə nazir qeyd edib.