Futbol üzrə Avropa çempionatında daha bir oyun keçirilib.
Viral.az xəbər verir ki, A qrupunun ikinci matçında Macarıstan və İsveçrə komandaları üz-üzə gəlib. Görüş isveçrəlilərin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Son Yazılar:
- Səhərlər acqarına 2 ədəd yerkökü YEYİN
- Kartofun kişilərə FAYDASI
- Danışıqların olmaması barbarlıq və axmaqlıqdır
İsveçrə seçməsinin heyətində qolları Kvadvo Duah, Mişel Aebişer və Bril Embolo vurublar. Macarıstanın yeganə topuna isə Bernabaş Varqa imza atıb.
Günün digər iki görüşü isə B qrupunda baş tutacaq. İspaniya Xorvatiya, İtaliya isə Albaniya ilə qarşılaşacaq. Görüşlər müvafiq olaraq Bakı vaxtı ilə saat 20:00 və 23:00-da başlayacaq.
Qeyd edək ki, dünən turnirin açılış oyununda Almaniya Şotlandiyanı 5:1 hesabı ilə məğlub edib.