Vətəndaşlardan daxil olan sorğuları nəzərə alaraq bildiririk ki, şəxsi heyətin təhlükəsizliyini təmin etmək və hərbi qulluqçuların yoluxucu xəstəliklərə yoluxmasının qarşısının alınması məqsədilə hərbi hissələrdə Qurban bayramı mərasimləri qapalı şəkildə keçirilir.
Bu barədə Viral.az-a Müdafiə Nazirliyindən bildirilib.
Şəxsi heyətin sağlamlığını qorumaq məqsədilə valideynlər, ictimaiyyət və media nümayəndələrinin bayram tədbirlərində iştirakı məhdudlaşdırılıb, valideynlərlə görüşlər qadağan edilib.
Son Yazılar:
- Qarabağa səfər edənlərin diqqətinə: Biletlər satışa ÇIXARILIR
- Bu qatarların reysləri bərpa OLUNUR
- Bu şəxslərdən "Xalq artisti", "Əməkdar" və "Əməkdar hüquqşünas" adları geri alındı – FƏRMAN
“Qeyd olunanları nəzərə alaraq vətəndaşlardan bu qərarı anlayışla qarşılamağı və hərbi hissələrə gəlməməyi xahiş edirik”, – məlumatda deyilir.