Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında növbəti oyun keçirilib.
Viral.az xəbər verir ki, günün ilk matçı D qrupunda Polşa və Niderland yığmaları arasında olub. Qarşılaşma niderlandlıların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Son Yazılar:
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
- Moskva son 75 ilin ən yağışlı gününü YAŞADI
Hesabı Polşanın heyətində 16-cı dəqiqədə Adam Buksa açıb. 29-cu dəqiqədə Kodi Qapko hesabı bərabərləşdirib. Matçın yekun nəticəsini 83-cü dəqiqədə Vout Veqorst müəyyənləşdirib.
Günün digər iki oyunu isə C qrupunda reallaşacaq. Danimarka Sloveniyanı, İngiltərə isə Serbiyanı sınağa çəkəcək. Görüşlər müvafiq olaraq, saat 20:00 və 23:00-da başlayacaq.
Qeyd edək ki, Avropa çempionatına iyulun 14-də yekun vurulacaq.