“Bəziləri hay-küy salıblar ki, ali təhsil müəssisələrinin plan yeri artıb, 60000 olub, ballar düşəcək. Axı keçən ilin plan yeri ilə builki arasında 2500-3000 ətrafında fərq var. Əgər hansısa ekspert buna görə “ballar düşəcək” deyirsə, getsin başqa işlə məşğul olsun!”.
Viral.az-ın məlumatına görə, bunu təhsil eksperti Ramin Nurəliyev ali məktəblərə buliki qəbul yerləri haqda danışarkən deyib. O, bəzi həmkarlarını qınayıb:
“Yəni plan yerinin 2500 nəfər artmasına görə “ballar düşəcək” demək, çox ağılsızlıqdır. Hələ də belələrinə ekspert deyənlər var. Bu, balların artıb-dusməsinin sadəcə səbəblərindən biridir. Və o qədər də əsas səbəb deyil”.
Son Yazılar:
- Elektrik təchizatı şəbəkəsinə qoşulmada mövcud vəziyyət və fəaliyyətin qiymətləndirilməsi
- Tikinti işləri aparanların nəzərinə – 5 min manat CƏRİMƏLƏNƏCƏKLƏR
- Bakıda 16 yaşlı qız itkin DÜŞDÜ
Xatırlaadq ki, elm və təhsil naziri Emin Əmrullayev bir neçə gün öncə 2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu planı təxminən 60 minə yaxın olacağını deyib.
Nazir bildirib ki, bu il iki ali təhsil müəssisəsinin – Qarabağ və Türkiyə Azərbaycan universitetlərinin fəaliyyətə başlaması plan yerlərinə təsir edib.