Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Rusiyanı Ukraynaya həsr olunmuş növbəti beynəlxalq sammitə dəvət etmək niyyətində olduğunu açıqlayıb.
Viral.az xəbər verir ki, Kuleba “Strana” nəşrinə açıqlamasında sammitin məqsədinin münaqişəni dayandırmaq olduğunu vurğulayıb.
“İdeya ondan ibarətdir ki, növbəti sammit münaqişənin sonu olacaq. Və təbii ki, bizə qarşı tərəfin danışıqlar masasında olması lazımdır. Münaqişəni dayandırmaq üçün hər iki tərəfə ehtiyac olduğu aydındır”, – deyə nazir vurğulayıb.
Son Yazılar:
- Qarabağa səfər edənlərin diqqətinə: Biletlər satışa ÇIXARILIR
- Bu qatarların reysləri bərpa OLUNUR
- Bu şəxslərdən "Xalq artisti", "Əməkdar" və "Əməkdar hüquqşünas" adları geri alındı – FƏRMAN
O qeyd edib ki, Kiyev hakimiyyəti Rusiya ilə danışıq aparmaq lazım gələcəksə, bunu edəcək.
Xatırladaq ki, iyunun 15-16-da İsveçrənin Bürgenstok şəhərində Ukraynaya həsr olunmuş konfrans keçirilib və nəticədə Ukrayna ilə bağlı kommünike imzalanıb.
Sənədi sammitdə iştirak edən 80 ölkə dəstəkləyib.