Kanalda boğulan hərbçimiz bu RAYONDANDIR

Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Elvin Daşdəmir oğlu Eyvazov Samur-Dəvəçi-Abşeron su kanalında boğularaq vəfat edib.

Viral.az-ın məlumatına görə, vəfat edən hərbçi Xaçmaz rayonun Köhnə Xudat kənd sakinidir. O, 2002-ci ildə sözügedən kənddə anadan olub.

Məlumata görə, hərbçi İkinci Qarabağ müharibəsində də iştirak edib. O, Suqovuşan istiqamətində döyüşlərə qoşulub.

Hadisə ilə bağlı araşdırma aparılır. // Modern.az