Türkiyə millisi Almaniyada təşkil olunan Avropa çempionatında mübarizəyə başlayıb.
Viral.az xəbər verir ki, “ay-ulduzlular” F qrupundakı ilk oyununda Gürcüstan yığması ilə qarşılaşıb. Görüş qardaş ölkə seçməsinin qələbəsi ilə başa çatıb – 3:1.
Son Yazılar:
- Qarabağa səfər edənlərin diqqətinə: Biletlər satışa ÇIXARILIR
- Bu qatarların reysləri bərpa OLUNUR
- Bu şəxslərdən "Xalq artisti", "Əməkdar" və "Əməkdar hüquqşünas" adları geri alındı – FƏRMAN
Qarşılaşmada hesabı 25-ci dəqiqədə Türkiyə millisinin heyətində Mərt Müldür açıb. 32-ci dəqiqədə gürcülər Jorj Mikautadzenin qolu ilə tarazlığı bərpa ediblər. 65-ci dəqiqədə Arda Gülər uzaq məsafədən qüvvətli zərbə ilə yenidən Türkiyə millisini hesabda önə keçirib. Oyunda son nöqtəni isə 90+7-ci dəqiqədə Kərəm Aktürkoğlu qoyub.
Qeyd edək ki, bu qrupun digər matçında Portuqaliya və Çexiya yığmaları üz-üzə gələcəklər.