2024-cü ilin yanvar-may aylarında Azərbaycana dünyanın 179 ölkəsindən 965,6 min turist gəlib.
Viral.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 35,4 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Son Yazılar:
- Qarabağa səfər edənlərin diqqətinə: Biletlər satışa ÇIXARILIR
- Bu qatarların reysləri bərpa OLUNUR
- Bu şəxslərdən "Xalq artisti", "Əməkdar" və "Əməkdar hüquqşünas" adları geri alındı – FƏRMAN
Gələnlərin 28,8 faizi Rusiya Federasiyası, 18,2 faizi Türkiyə, 9,4 faizi Hindistan, 9,3 faizi İran, 4,3 faizi Gürcüstan, 3,0 faizi Qazaxıstan, 2,5 faizi Səudiyyə Ərəbistanı, 2,4 faizi Pakistan, hər birindən 1,7 faiz olmaqla Özbəkistan və Birləşmiş Ərəb Əmirlikləri, 1,4 faizi Ukrayna, hər birindən 1,3 faiz olmaqla Türkmənistan, Çin və Küveyt, 1,2 faizi Belarus, 12,2 faizi digər ölkələrin vətəndaşları olmuşdur. Gələnlərin 69,9 faizini kişilər, 30,1 faizini qadınlar təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə Çindən gələnlərin sayı 2,8 dəfə, Hindistandan – 2,6 dəfə, Cənubi Koreyadan – 2,2 dəfə, Qazaxıstandan – 1,8 dəfə, Filippindən – 1,8 dəfə, İspaniyadan – 1,7 dəfə, Səudiyyə Ərəbistanından – 1,7 dəfə, Tacikistandan – 1,7 dəfə, Qırğızıstandan – 1,7 dəfə, Bəhreyndən – 1,7 dəfə, Omandan – 1,6 dəfə, İrandan – 1,5 dəfə, Türkmənistandan – 42,6 faiz, Pakistandan – 42,4 faiz, İtaliyadan – 42,4 faiz, Küveytdən – 41,2 faiz, Yəməndən – 39,7 faiz, İordaniyadan – 36,0 faiz, Misirdən – 33,5 faiz, Polşadan – 33,4 faiz, Almaniyadan – 25,2 faiz, Ukraynadan – 23,3 faiz, Türkiyədən – 23,1 faiz, Özbəkistandan – 23,0 faiz, Rusiya Federasiyasından – 20,3 faiz, ABŞ-dan – 19,5 faiz, Fransadan – 15,9 faiz, Gürcüstandan – 12,4 faiz, Birləşmiş Ərəb Əmirliklərindən – 12,0 faiz artıb.
2023-cü ilin yanvar-may ayları ilə müqayisədə körfəz ölkələrindən gələnlərin sayı 1,5 dəfə artaraq 156,3 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 31,1 faiz artaraq 37,9 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 24,0 faiz artaraq 367,8 min nəfər olub.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 71,5 faizi hava, 27,1 faizi dəmir yolu və avtomobil, 1,4 faizi isə dəniz nəqliyyatından istifadə edib.
2023-cü ilin yanvar-may ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 27,5 faiz artaraq 808,1 min nəfər olub. İrana gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 39,4 faiz, Türkiyəyə gedənlərin sayı 27,1 faiz, Gürcüstana gedənlərin sayı 21,3 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 14,9 faiz artıb. Azərbaycan Respublikası vətəndaşlarının 38,9 faizi Türkiyəyə, 21,9 faizi Rusiya Federasiyasına, 8,9 faizi Gürcüstana, 8,6 faizi İrana, 21,7 faizi digər ölkələrə səfər edib. Gedənlərin 67,3 faizini kişilər, 32,7 faizini qadınlar təşkil edib.
2024-cü ilin yanvar-may aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 67,7 faizi hava, 30,0 faizi dəmir yolu və avtomobil, 2,3 faizi isə dəniz nəqliyyatından istifadə edib.