Ukraynalı uşaqlar Bakının tarixi yerləri ilə tanış olublar

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin edilmək üçün ölkəmizə gətirilən ukraynalı uşaqlar üçün Bakı turu təşkil edilib.

 

Nazirlikdən Viral.az-a verilən xəbərə görə, onlar İçərişəhər və Şirvanşahlar Sarayı Kompleksi, Qız Qalası və dənizkənarı bulvarla tanış olublar. Növbəti günlərdə uşaqların Atəşgah məbədi, Yanardağ abidəsi və bölgələrimizə səfərləri təşkil olunacaq.

Son Yazılar:

 

Ukraynalı uşaqların Bakı və bölgələrimizdə (Qəbələ, Şəki) bir sıra qrup terapiyaları, meditasiya və yoqa məşğələlərinə, psixo-sosial təlimlərə cəlb olunmaları, milli mətbəxlə tanış edilmələri də nəzərdə tutulur.

 

10 günlük sosial-psixoloji reabilitasiya proqramı həmin uşaqların emosional vəziyyətlərinin stabilləşməsinə, cəmiyyətə inteqrasiyalarının təmin edilməsinə dəstək məqsədi daşıyır.