“Bağlı qapılar arxasında ayrı-ayrı ölkələrin nümayəndələri Tbilisini Ukraynaya qoşun yeritməyə sövq edirdilər”.
Viral.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili danışıb.
“Bunlar həm Gürcüstana açıq çağırışlar idi, həm də bağlı qapılar arxasında bəzi dostlar və düşmənlər bizi buna sövq edirdilər ki, bizim iqtidar Ukraynaya döyüşçülər göndərsin. Bu da birbaşa Rusiya ilə müharibə demək idi”.
Son Yazılar:
- “Yalı çapkını” final edə bilər
- ABŞ səfirliyi yaxınlığındakı şübhəli obyekt mulyaj bomba olub
- Əhaliyə vacib XƏBƏRDARLIQ – Dünən gecədən başlayıb, 1 həftə davam edəcək
Papuaşvili həmçinin vurğulayıb ki, NATO ölkələrindən heç biri Kiyevə öz ordusunu göndərmədiyi halda Tiflisdən niyə belə hərəkətlərin tələb olunduğunu başa düşmür.
Onun sözlərinə görə, Gürcüstan həm birbaşa, həm də anti-Rusiya sanksiyalarını dəstəkləmək cəhdi ilə hərbi əməliyyatlara cəlb edilib.
Parlament sədri qeyd edib ki, belə bir çağırışla Tbilisidə mitinqlər keçirən qeyri-hökumət təşkilatları da Ukraynaya qoşun yeridilməsini tələb ediblər.
(redaktor.az)