Yüksək nəticə göstərən MÜƏLLİMLƏRİMİZİ TANIYAQ – FOTOLAR

Xəbər verdiyimiz kimi, iyunun 21-də dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinə başlanılıb. Bu gün keçirilən imtahanlarda yüksək nəticə göstərən müəllimlərin sayı az deyil.

Viral.az onların siyahısını təqdim edir:

Xəzər rayonu İ.Tağıyev adına 26 nömrəli tam orta məktəbin Riyaziyyat müəllimi Mehriban Abazova sertifikasiyadan yüksək nəticə toplayıb.

Son Yazılar:

Belə ki, o, imtahanı 1 saat müddətində tamamlayaraq 56 bal toplayıb.

Bakı şəhəri Xəzər rayonu F.Gözəlov adına 124 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Rövşən Abbasov 53 bal toplayıb.

Göyçay rayonu Çaxırlı kənd ümumi orta məktəbin riyaziyyat müəllimi Hüseynov Ramazan Rafiq oğlu iyunun 21-də Mingəçevir şəhər R.Muradov adına Texniki humanitar liseydə keçirilən təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsində riyaziyyat fənni üzrə 58 bal toplayıb.

Bakı şəhəri Yasamal rayonu C.Cabbarlı adına 161 nömrəli tam orta məktəb məktəbin müəllimi Nuranə Məmmədova sertifikasiyadan 59 bal toplayıb.

Bakı Şəhəri Sabunçu Rayonu Rixard Zorge adına 90 nömrəli tam orta məktəbin Riyaziyyat müəllimi Saidə Bayramova sertifikasiyadan 60 bal toplayıb.

 Sumqayıt şəhər Təfəkkür liseyinin müəllimi Leyla Babayeva və Masazır 1 nömrəli tam orta məktəbin müəllimi Canalıyev Səyyad sertifikasiyadan maksimum nəticə göstərib.

Yüksək nəticə göstərən müəllimlər ana və 2 qızı – Asya Yusifova (ana) – 58 bal, Mehriban Şikarlı (qızı) – 58 bal və Günel Şikarlı (qızı) – 59 bal toplayıb.

Sertifikatlaşdırma prosesinin test mərhələsinin ilk seansından maksimum bal toplayanlardan biri də Ülkər Hüseynovadır.

Yusif EYVAZLI