Zaqatalada qardaşı tərəfindən öldürülən qadın müəllim imiş.
Viral.az xəbər verir ki, bu barədə “lent.az” saytı məlumat yayıb.
Son Yazılar:
- Putin Trampın xüsusi nümayəndəsi ilə görüşdü, görüş 4 saatdan çox ÇƏKDİ
- ABŞ İranla danışıqlarda güzəştlərə hazır olduğunu BİLDİRDİ
- “Qalatasaray” “Samsunspor”u səfərdə məğlub ETDİ
Məlumata görə, qətlə yetirilən Natavan Əhmədova Yuxarı Tala kənd 2 saylı orta məktəbdə müəllim işləyib.
***
23:44
Mayın 27-də saat 22 radələrində Zaqatala rayonunda 1980-ci il təvəllüdlü Əhmədova Natavan Mövləddin qızının odlu silahdan açılan atəşdən qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Bu barədə Viral.az-a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən N.Əhmədovanın qardaşı, 1989-cu il təvəllüdlü Nurlan Əsgərov saxlanılıb.
Araşdırma aparılır.